Sloveniya yayımçı kanalı RTV Slovenija bir neçə dəqiqə öncə gələn ilin may ayında Liverpulda baş tutacaq Avroviziya 2023 mahnı müsabiqəsində ölkəni təmsil edəcək namizədin adını açıqlayıb.
Bu il olduğu kimi, gələn il də ölkəni qrup şəklində “Joker Out” təmsil edəcək. Bojan, Jure, Kris, Jan, və Nace adlı 5 gənci birləşdirən musiqi qrupu öz ölkəsində yetərincə məşhurdur. Elə bu səbəbdən də yayımçı kanal sözçüsü öz açıqlamasında seçimin onlar üçün heç də çətin olmadığını söyləyib.
Qrupun müsabiqədə hansı mahnı ilə təmsil olunacağı isə hazırda məlum deyil. Lakin RTV Slovenija bu məsələyə də aydınlıq gətirib. Kanal ölkəni təmsil edəcək mahnının 4 fevral tarixində xüsusi bir televiziya proqramında açıqlanacağını da ictimaiyyətə bəyan edib
Qrup Joker Out üçün müsabiqə böyük bir yarışma və həyacanverici bir fürsətdir:
Bizim hər birimiz müsabiqənin fanatıyıq. Uzun müddətdir burada olmağı istəyirdik və uyğun zamanı gözləyirdik. Gənc olsaq da qısa zamanda karyeramızın sürətli inkişafı bizə təcrübə, motivasiya və yaradıcı enerji gətirdi. Buna görə də biz artıq hazırıq. Bu müsabiqədəki musiqi üslubuna gəldikdə isə deyə bilərik ki, bu sərhəd artıq qalmayıb. Nə vaxt və harada olmağımızdan asılı olmayaraq özümüzə xas “Joker Out” səsimizə sadiq qalırıq.