İCTİMAİ TV AVROVİZİYA GÖRÜŞÜ – YENİLİKLƏR

Bu gün Avroviziya mahnı müsabiqəsinin rəsmi yayım hüquqlarna malik İctimai Televiziya və Radio Yayımları şirkətinin Baş Direktor vəzifəsini icra edən Balakişi Qasımovun “12xal” və digər Avroviziya fan klub üzvləri ilə görüşü baş tutub.

Balakişi Qasımovla bərabər beynəlxalq əlaqələr departamentinin direktoru Maksim Tsurkov, mərkəzi aparatın rəhbəri Günel Osmanova və baş direktorun müavini Vasif Məmmədov (həmçinin yeni nümayəndə heyəti rəhbəri) da görüşdə iştirak edib.

Görüşdə Avroviziya 2023 üçün olan planlar, yeni nümayəndə heyəti və digər mühüm məsələlər müzakirə olunub.

Qeyd edək ki, yeniliklər və daha çoxu tezliklə detallı şəkildə ictimaiyyətə təqdim ediləcək.

%d bloggers like this: