“MELODİ GRAND PRİX 2023″DƏ DƏYİŞİKLİKLƏR EDİLİB

Norveç milli finalı “Melodi Grand Prix 2023″də dəyişikliklər edillib.

Yayımçı kanal NRK, yarımfinalların sayının 3-ə endirildiyini bildirib. Hər yarımfinalda 7 iştirakçı çıxış edəcək.Duellər və birbaşa finalistlər olmayacaq.

Həmçinin, yarımfinalların və finalın tarixləri artıq ictimaiyyətə açıqlanıb:

1. Birinci yarımfinal – 14 Yanvar

2. İkinci Yarımfinal – 21 Yanvar

3. Üçüncü Yarımfinal – 28 Yanvar

Final isə 4 fevral tarixində baş tutacaq.

Nəzərinizə çatdıraq ki, Norveçi Avroviziyada son dəfə Subwoolfer qrupu ” Give That Wolf a Banana” mahnısı ilə təmsil etmiş və 182 xal toplayaraq müsabiqəni 10-cu sırada tamamlamışdır.

YouTube player

Leave a Reply