İSRAİL AVROVİZİYADAN ÇƏKİLƏCƏK?

Hər il olduğu kimi bu il də İsrailin Avroviziyaya qatılımı ilə bağlı problemlər yaşanmaqdadır.

Kanal 12-dən verilən xəbərə görə, Likud Partiyası İsrailin dövlət kanalı olan KAN TV-ni bağlamaq istəyir və bununla bağlı artıq ilkin addımlar atılıb.

Xəbərlərə görə isə, Likud partiyası KAN TV-nin xəbərlər departamentini bağlayıb, qalan digər departamentləri açıq saxlamaq niyyətindədir.

Likud partiyası isə bu məsələ ilə bağlı “Məsələ müzakirələrdə gündəmə gəlməyib” açıqlamasını verib.

İsraildə höküməti qurmaqla vəzifələndirən Likud partiyasının lideri Binyamin Netanyahu, 2017-ci ildə KAN TV-ni bağlamaq istədiyini dilə gətirmişdi.

KAN TV-nin bağlanması isə ölkənin Avroviziya iştirakını təhlükə qarşısına qoyur. AYB-nin qərarlarına görə isə qatılımcı hər kanal xəbər departamentinə malik olmalıdır.

Əgər kanal bağlanarsa, o zaman yeni bir yayımçı kanal olmadığı müddət ərzində İsrail Avroviziyaya qatıla bilməyəcək.

Xatırladaq ki, İsraili ötən müsabiqədə Michael Ben David “I’M” adlı mahnısı ilə təmsil etmiş, lakin finala vəsiqə qazana bilməmişdi.

YouTube player

Leave a Reply