FRANSANIN UŞAQ AVROVİZİYA 2022 SƏHNƏSİ HAQQINDA TƏFƏRRÜATLAR AÇIQLANIB

Fransanın Uşaq Avroviziya 2022 çıxışı ilə bağlı yeni detallar açıqlanıb.

Müğənni Lissandro-ya səhnə də 4 rəqqas müşayiət edəcək. Həmin rəqqaslardan üçün artıq Uşaq Avroviziya səhnəsində özlərini sübut etmiş gənc istedadlardır:

— Thimeo Garin – Fransanın Uşaq Avroviziya 2020 və 2021 çıxışlarında rəqqas;

— Lola Dalquier – Fransanın Uşaq Avroviziya 2021 çıxışlarında rəqqas;

— Yana – Fransanın Uşaq Avroviziya 2021 çıxışlarında rəqqas;

— Mahdy.

Bundan əlavə, səhnənin xoreoqrafı Sabrina Lions olacaq. O 2018-ci ildən bəri Fransanın bütün Uşaq Avroviziya çıxışlarının xoreoqrafı olmaqla yanaşı, Fransada baş tutan Uşaq Avroviziya 2021-in də xoreoqrafı olub.

Qeyd edək ki, Fransanı bu ilki Uşaq Avroviziya mahnı müsabiqəsində “Oh Maman” adlı mahnısı ilə Lissandro təmsil edəcək.

YouTube player
%d bloggers like this: