MAMAGAMA QALİB OLDU

Bildiyiniz kimi Albaniyanın paytaxtı Tiranada baş tutan sayca 23-cü “Kënga Magjike” festivalında Azərbaycanı yeni fəaliyyətə başlamış Mamagama qrupu təmsil edirdi.

“Best International New Artist” (Ən yaxşı beynəlxalq yeni artist) kateqoriyası üzrə festivala qatılan qrup finala qədər yüksəldi və nəticədə kateqoriyanın qalibi olmağı bacardı.

Ümumilikdə həm münsiflərin, həm festival iştirakçılarının, həm də dünyanın dörd bir nöqtəsindən festivalı izləyənlərin onlayn SMS səsverməsinin cəmində onlar qələbə əldə ediblər.

Festivalda iştirak edənlər arasında ümumi nəticələrə görə isə Mamagama 384 xal ilə 4-cü olmağı bacarıb. Sözügedən siyahıda Avroviziyada iştirak etmiş təmsilçilər də yer alırdı ki, Omar Naber 7 xal ilə sonuncu 23-cü, We Are Domi 72 xal ilə 22-ci, Andrea 99 xal ilə 21-ci, Alvan 126 xal ilə 17-ci və Anxhela Peristeri 394 xal ilə 3-cü olub.

%d bloggers like this: