DİLARƏ KAZIMOVA YERLİ BRENDİN SİMASI OLDU

Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Dilarə Kazımova yerli brendin reklam siması olub.

Yerli brend olan “Pink Accessories”in yeni kolleksiya təqdimatında Dilarə Kazımova va Fuad Haciyev obyektivlər qarşısına keçib. Belə ki, 2022-2023 Qış kolleksiyasını alıcılarına təqdim edən brend aksesuarları bu iki məşhurun üzərində işıqlandırıb.

Qeyd edək ki, brend 2009-cu ildə kreativ direktor Hüseyn Əliyev tərəfindən təsis olunub. Hər yeni kolleksiyasında modern üsluba uygun məhsullar taqdim edilir və bütün filiallarda yerli dizaynerlarin yaratdığı kolleksiyanı görmək mümkündür. Brendin 2012-ci ildən etibarən kişi kolleksiyası olaraq “HE Accessories” markası yaradılıb. Hal-hazırda 7 filial fəaliyyət göstərir və brendin hədəfi paytaxtdan kənara çıxıb münasib qiymətlərə hər kəsə xidmət göstərməkdir.

Sözügedən brend Avroviziya mahnı müsabiqəsinə də uzaq ad deyil. Brend 2019-cu ildə ölkəmizi təmsil edən Çingiz Mustafayevin rəsmi promo məhsullarının istehsal etmişdi.

%d bloggers like this: