MAMAGAMA FİNALDA – SİZİN DƏSTƏYİNİZƏ EHTİYAC VAR

Öncəki xəbərimizdə qeyd etmiş olduğumuz kimi Albaniyanın paytaxtı Tiranada baş tutan sayca 23-cü “Kënga Magjike” festivalında Azərbaycanı yeni fəaliyyətə başlamış Mamagama qrupu təmsil edir.

Qrup “New International Artist” nominasiyası üzrə artıq finala qədər yüksəlməyi bacarıb. “Dreamer” mahnısı ilə çıxış edən Mamagama finalda nominasiya üzrə yarışan digər 7 nəfərlə mübarizə aparacaq.

Final qalibləri həm dünyanın bütün nöqtəsindən festivalı izləyən şəxslər tərəfindən verilmiş SMS səsləri ilə, həm festivalın iştirakçıları, həm də münsifləri tərəfindən verilmiş səslərin toplamında bəlli olacaq.

26 Noyabr tarixində final mərhələsi baş tutacaq olan festivalda Mamagama qrupuna dəstək olmaq üçün isə SMS səsvermədə iştirak edərək onlara səs verə bilərsiniz.

Səsvermə qaydaları haqqında detallı məlumat qrupun Instagram səhifəsində paylaşılacaq.

YouTube player

Leave a Reply