Dünən Avroviziyanın yayımını və təşkilini həyata keçirən Avropa Yayım Birliyi (AYB) 2016-dan sonra ilk dəfə Avroviziya səs verməsində dəyişikliyə getdi.
Qərarın ardından bir çox insan yeni sistemin nələr gətirəcəyi ilə bağlı fikir mübadiləsi apardılar və son illəri də dəyərləndirməyə başladılar.
Yeni qərara görə artıq Avroviziyanın yarımfinallarında 100% xalq səs verməsindən istifadə olunacaq.
Bundan əlavə artıq səs vermədə yalnız iştirakçı ölkələr deyil də, iştirakçı olmayan digər dünya ölkələri də səs vermədə iştirak edə biləcək. Bu səsvermə Uşaq Avroviziyada olan onlayn səs verməyə bənzər bir sistem olacaq. İştirakçı olmayan digər dünya ölkələri üçün xüsusi bir səsvermə platforması yaradılacaq və platformada səs vermək isə pullu olacaq.
Nəticələr isə “Global” adl altında bir kateqoriya olaraq açıqlanacaq. Səsvermə 1 ölkənin ağırlı şəklində 1-12 xal olaraq hesablanacaq. Qlobal səs vermə yalnızca xalq səs verməsində iştirak edə biləcək.
AYB əslində bu sistemin sınaqlarını son bir neçə il ərzində Uşaq Avroviziya mahnı müsabiqəsində həyata keçirdi. Yarışmanın əsas yaradıcı komandası da, hələ bundan bir neçə il öncə bu səs vermənin Avroviziyaya təhlükəsiz şəkildə inteqrasiya edilməsinin yollarını axtardıqlarını söyləmişdilər.
Rusiya və Belarusiyanın Avroviziyadan kənarlaşdırılmasının ardından, qatılım məbləğlərinin artması son həftələr də gündəmə gəlmişdi. Həmin bu səbəblər ucbatından Avroviziya 2022-də iştirak edən Bolqarıstan, Monteneqro və Şimali Makedoniya müsabiqədən çəkilmək məcburiyyətində qalmışdı.
Bundan əlavə gələcək illər ərzində iqtisadi böhranın daha da artması gözlənilir. Bəzi Avroviziya ölkələri də gələcəkdə sırf bu səbəbdən dolayı müsabiqədən çəkilə biləcəkləri ilə bağlı fikirlər səsləndirmişdilər.
Rusiyanın ödədiyi külli miqdarda pulu itirən AYB-də bu problemi aradan qaldırmağın başqa yollarını axtarmağa başladı.
AYB bütün bunların timsalında müsabiqənin maliyyə tərəfdən çətinlik yaşayacağını bildiyi üçün, səsvermədə dəyişiklik etmək qərarına gəldiyi düşünülür.
AYB-nin hazırlamış olduğu plana görə, hər bir qlobal səs üçün 0.79€ ilə 0.99€ arasında bir məbləğ hesablanacaq. Bu məbləğin SMS-dən baha, lakin telefon zəngindən daha ucuz olması gözlənilir.
AYB-nin hesabına görə yarımfinallarda 1 milyon, böyük final üçün isə 3 milyon səs hədəfi mövcuddur. Buda ümumillikdə müsabiqəyə 5 milyon avro pul qazandıracaq.
İddialara görə isə, AYB Rusiyanın səsvermədə iştirakına icazə verməyəcək. Bu hələ ki, rəsmi şəkildə açıqlanmasa da, gözlənilən bir qərardır. Bunun nəticəsində böyük bir kütlə itirən AYB isə radarına Türkiyəni alacağı düşünülür.
Deyilən bir iddiaya görə isə, yeni səs vermənin ardından finalda xalq səsverməsi 50.6%, münsif səs verməsi isə nəticəyə 49.4% təsir edəcək. Bu da qlobal səs vermənin nəticəyə 0.6% kimi bir faizlə təsir edəcəyi deməkdir.
Son olaraq isə iştirakçı ölkələr yenə SMS vasitəsi ilə səslərini həm yarımfinalda, həm də finalda təqdim edə biləcəklər.
Önümüzdəki həftələrdə yeni səs vermə sistemi ilə bağlı ətraflı məlumat təqdim olunacaq.