NADİRİN MENECERİ: BU NÜMAYƏNDƏ HEYƏTİ İLƏ AVROVİZİYAYA GETMƏK MƏNFİDƏN BAŞLAMAQDIR

Ənənəyə sadiq qalaraq ötən gün sosial şəbəkə hesablarımızda “Avroviziya 2023-də ölkəmizi kim təmsil etməlidir?” başlıqlı post paylaşdıq.

İzləyicilərimiz sevdikləri və müsabiqədə görmək istədikləri artistləri postun rəy bölməsinə qeyd edərkən, diqqətimizi çəkən bir rəy oldu.

Sonuncu dəfə müsabiqədə ölkəmizi təmsil edən Nadir Rüstəmlinin meneceri Azər Zeynalov sözügedən postun altında “Kim gedir getsin, təki bu nümayəndə heyəti getməsin. Bu nümayəndə heyəti ilə getmək mənfidən başlamaqdır. Başdan yenilənmiş, işini bilən komanda ilə getməlidir növbəti təmsilçi.” deyə bildirib.

Qeyd edək ki, may ayında əldə olunan nəticədən sonra bu il nümayəndə heyətinin rəhbərinin kim olacağı haqda heç bir rəsmi məlumat yoxdur. İsa Məlikovun ardıcıl 3 illik fəaliyyəti zamanı müsabiqənin yerli azarkeşləri tərəfindən çoxlu sayda tənqidlər gəlmiş və müsabiqədə ona verilən vəzifədən azad olunması istənilmişdir.

3
1
%d bloggers like this: