11 Dekabr tarixində İrəvanda yerləşən Karen Demirchyan idman və konsert zalında baş tutacaq olan sayca 20-ci Uşaq Avroviziyasında iştirak edəcək bütün təmsilçilər və mahnıları təqdim olundu.
Ümumilikdə 16 ölkənin mübarizə aparacağı müsabiqədə qalibin kim olacağı hazırda ən çox sual gətirən mövzulardan biridir. Bu səbəbdən 16 iştirakçı ölkədən ibarət onlayn səs verməyə başlayırıq. Aşağıdaki səsvermə cədvəlində adları qeyd olunan ölkələrdən qalibiyyətə layiq gördüyünüz minimal 1, maksimal 3 ölkəni seçərək səs verə bilərsiniz.
İştirakçı ölkələr və mahnılar ilə buradan tanış ola bilərsiniz:
Albaniya: Kejtlin Gjata – Pakëz Diell
Birləşmiş Krallıq: Freya Skye – Lose My Head
Ermənistan: Nare – DANCE!
Fransa: Lissandro – Oh Maman!
Gürcüstan: Mariam Bigvava – I Believe
İrlandiya: Sophie Lenno – Solas
İtaliya: Chanel Dilecta – Bla Bla Bla
İspaniya: Carlos Higes – Señorita
Qazaxıstan: David Charlin – Jer-Ana (Mother Earth)
Malta: Gaia Gambuzza – Diamonds In The Skies
Niderland: Luna – La Festa
Polşa: Laura – To The Moon
Portuqaliya: Nicolas Alves – Anos 70
Serbiya: Katarina Savić – Svet Bez Granica
Şimali Makedoniya: Lara feat. Jovan & Irina – Životot E Pred Mene
Ukrayna: Zlata Dziunka – Nezlamna (Unbreakable)