AVSTRALİYA AVROVİZİYA 2023 TƏMSİLÇİSİNİ DAXİLİ SEÇİM YOLU İLƏ SEÇƏCƏK

Təxminən bir ay öncə Avstraliya KİV-ləri ölkənin yayımçı kanalı SBS-nin Avroviziya 2023 üçün milli final keçirməyəcəyini söyləmişdi.

“Aussievision” xəbər saytının xəbərinə görə Avstraliya Avroviziya 2023 təmsilçisini və mahnısını daxili seçim yolu ilə seçəcək.

Nəticədə yayımçı kanal SBS, 2019-2022-ci illər ərzində keçirdiyi “Eurovision Australia Decides” milli finalını gələn il keçirməyəcək. Onun yerinə 2015-2018-ci illər də etdiyi kimi daxili seçim yoluna üz tutacaq.

Qeyd edək ki, gələn il Avstraliya üçün olduqca önəmli bir ildir. Yayımçı kanal SBS, müsabiqənin Avstraliya da yayımlanmasının 40-cı ilini qeyd edəcək.

Bundan savayı isə Avropa Yayım Birliyinin 2015-ci ildə vermiş olduğu qərara əsasən Avstraliya ən tezi 2023-cü ilə qədər müsabiqədə iştirak edə biləcəkdi. Bu zaman isə artıq gələn il dolur. Yəni gələn il Avstraliyanın Avroviziyada son ili ola bilər.

Bəzi ortalıqda gəzən şaiələrə görə isə Avstraliya yayımçı kanalı artıq ölkənin Avroviziya 2023 təmsilçisini seçib. Bu şəxs ölkənin Avroviziya 2016 təmsilçisi Damı Im-dir. Xəbər təsdiqini tapmasa da, deyilənə görə, Avstraliya Damı Im-i seçmək üçün milli finaldan imtina edib. Damı Im ölkəyə bu günə qədər Avroviziyada ən yüksək dərəcəsi olan ikinciliyi gətirən müğənnidir.

YouTube player

Xatırladaq ki, ölkəni ötən müsabiqədə Sheldon Riley “Not The Same” adlı mahnısı ilə təmsil etmiş və nəticədə finalda 15-ci yerdə qərarlaşmışdı.

YouTube player

Leave a Reply