Çexiya Avroviziya 2023-də iştirak üçün təmsilçi seçimlərinə başlayır.
2 noyabrdan 8 dekabra qədər iştirak etmək istəyən sənətçilər mahnılarını təqdim edə bilərlər.
Seçim turu üçün bir sıra qaydalar mövcuddur:
1. Təqdim edilən mahnılar demo versiyada da ola bilər, bu mərhələdə mahnının yekun versiyası tələb olunmur.
2. Təqdim edilmiş mahnılar 1 sentyabrdan əvvəl heç bir yerdə təqdim olunmayan mahnılar olmalıdır. Belə olduğu təqdirdə avtomatik olaraq diskvalifikasiya olunacaq.
3. Bir sənətçi birdən çox mahnı təqdim edə bilər.
4. Mahnı təqdim edən sənətçi mütləq Çexiya vətəndaşı olmalıdır. Əgər, duet şəklində təqdim olunacaqsa, iki sənətçidən biri mütləq bu qaydaya uyğun olmalıdır.
Qeyd : Əgər, Çexiya hər hansı bir səbəbdən Avroviziya 2023-də iştirak edə bilməsə, Çex Televiziyası müsabiqəni yayımlamamaq hüququna malikdir.
Seçim üçün üç finalçı seçiləcək və onlar mahnılarını canlı ifa edəcəklər.
Təmsilçini yerli və xarici azerkeşlər, həmçinin peşəkar münsiflər heyəti müəyyənləşdirəcək.
Nəzərinizə çatdıraq ki, ölkəni müsabiqədə ən son We Are Domi qrupu “Lights Off” mahnısı ilə təmsil etmiş və finalda 38 xal toplayaraq 22-ci sırada qərarlaşmışdır.