NİDERLANDIN AVROVİZİYA 2023 TƏMSİLÇİSİ BƏLLİ OLDU

Niderlandı Avroviziya 2023-də Mia Nicolai və Dion Cooper təmsil edəcək.

Onların ifa edəcəkləri mahnının müəllifləri : Mia Nicolai, Dion Cooper, Avroviziya 2019 qalibi Duncan Laurence və Jordan Garfielddir.

AVROTROS Kanalının baş direktoru Erik Van Stade seçim haqqında bunları deyib:

“Xüsusilə bu il gənc istedadlardan çoxlu mahnılar aldıq, bu böyük inkişafdır. Mia və Diona gəldikdə isə, demək istəyirəm ki,onlar çox istedadlı gənc sənətçilərdir. Seçim komitəsi səslərinin birlikdə çox gözəl uyğunlaşdığını təsdiq etdi. Mahnı haqqında çox məlumat verə bilməsəm də, müsabiqə ərzində digər mahnılardan müsbət mənada fərqlənəcəyini qeyd edə bilərəm.”

Daha sonra isə Mia və Dion da Avroviziyada iştirak edəcəkləri barəsində bunları deyiblər:

“Avroviziya Mahnı Müsabiqəsi insanlara sizin bir sənətçi kimi bacarıqlarınızı göstərə biləcəyiniz bir yerdir. Bütün bu illərin gərgin zəhmətindən sonra hisslərimizi musiqiyə çevirərək, bu hekayəmizi belə geniş miqyasda təqdim etmək bizim üçün əla fürsətdir. AVROTROS seçim komitəsinin mahnımızı seçməsi fantastik və bir az qeyri-real hissdir, lakin biz Avropa ilə həqiqətən müsbət bir şey paylaşmağa hazırıq.”

Kanalın verdiyi məlumata, əsasən, onların mahnısı yaxın bir neçə ayda yayımlanacaq.

Bəs, Niderlandın Avroviziya 2023 təmsilçiləri Mia və Dion kimdir?

1. Mia Nicolai – 26 yaşlı Mianın erkən yaşlarından musiqi həyatında böyük rol oynayıb. O, yalnız üç yaşında ikən skripka və fortepiano dərsləri almağa başlamışdır. Mia daha sonra dram, balet, musiqi dərsləri də almışdır.

2. Dion Cooper – Musiqiçi olmaq arzusu 28 yaşlı Dion üçün hələ dörd yaşında ikən başlayıb.O, hələ uşaq ikən Toto, The Beatles və Jimi Hendrix kimi musiqiçilərlə böyüyüb. Dion,ilk dəfə on beş yaşında gitarada ifa etməyə başlamışdır. Sonrakı illərdə o, oxumağa və öz musiqisini yazmağa başladı.

Nəzərinizə çatdıraq ki, ölkəni Avroviziyada ən son S10 “De Diepte” mahnısı ilə təmsil etmiş və finalda 171 xal toplayaraq 11-ci sırada qərarlaşmışdır.

YouTube player

Leave a Reply