İspaniya yayımçı kanalı RTVE, az öncə ölkənin milli finalı olan “Benidorm Fest 2023” iştirakçılarını açıqladı.
Aşağıdakı şəxslər İspaniyanı Avroviziya 2023-də təmsil etmək üçün Benidorm Fest 2023-də mübarizə aparacaqlar:
- Agoney;
- E’Femme;
- Fusa Nocta;
- Blanca Paloma – Benidorm 2022 iştirakçısı;
- Aritz Arén;
- Rakky;
- Alfred García – İspaniyanın Avroviziya 2018 təmsilçisi;
- Sofía Martín;
- Alice Wonder;
- Famous;
- Megara;
- Vicco;
- Twin Melody;
- José Otero;
- Karmento;
- Sharonne;
- Meler;
- Siderland;
Qeyd edək ki, milli final 2 yarımfinal və finaldan ibarət olacaq. Yarımfinallar 31 yanvar və 2 fevral tarixlərində, final isə 4 fevral tarixində baş tutacaq. Milli final üçün biletlər artıq satışdadır.
Xatırladaq ölkəni Avroviziya 2022-də Chanel “SloMo” adlı mahnısı ilə təmsil etmiş və nəticədə üçüncü sırada qərarlaşmışdı.