“Səs Azərbaycan”ın ikinci buraxılışının iştirakçısı Əmrah Musayev Avroviziya 2023-də Azərbaycanı təmsil etmək istədiyini söyləyib.
Bununla bağlı, Əmrah Musayev 12xal-a açıqlamasında bildirib.
Onun sözlərinə görə Avroviziya 2023-də iştirak üçün duet şəklində Humay Aslanova ilə birlikdə təqdim edəcəkləri mahnı şərq və qərb ritmlərinin sevgi mövzusu üzərində birləşməsindən ibarətdir.
Mahnı həm Azərbaycan, həm də ingilis dilindədir. Sözlər Əmrah Musayevə, musiqi isə Əsmər Behbudovaya məxsusdur.
Musayev açıqlamasında artıq səhnə geyimlərinin eskizlərinin hazır olduğunu, hətta səhnə quruluşu ilə də bağlı bəzi fikirlər düşündüklərini deyib.
O, mahnını çox sevdiklərini və onların səslərinə uyğun gəldiklərini də əlavə edib.
Nəzərinizə çatdıraq ki, Əmrah Musayev “Səs Azərbaycan”da Tünzalə Ağayevanın komandasında yer almış, dörddə bir final mərhələsində yarışmada iştirakı başa çatmışdır.
One thought on “ƏMRAH MUSAYEV: AVROVİZİYA ÜÇÜN MAHNIMIZ HAZIRDIR”