Avroviziya 1982 qalibi Nicole müsabiqədə qalib gəldiyi mahnının rusca versiyasını təqdim edib.
Alman jurnalı “Stern”ə verdiyi müsahibədə Nicole mahnının Putinə həsr olunduğunu bildirib.
“Mahnı Putinə ünvanlanıb. Arzulayıram ki, o mahnıya yaxşıca qulaq assın, çünki mən hal-hazırda hamının istədiyini oxuyuram. Müharibəni saxla və nəhayət sakitləş.
Xatırladaq ki, müğənni 1982-ci ildə “Ein Bisschen Frieden” (Biraz Sülh) adlı mahnı ilə müsabiqədə qalib gəlmişdi.