9, 11 və 13 may 2023-cü ildə baş tutacaq olan 67-ci Avroviziya mahnı müsabiqəsində iştirak edəcək ölkərin siyahısı rəsmi olaraq təqdim edilib.
Daha öncədən bildirdiyimiz kimi müsabiqənin ölkəmizdəki rəsmi yayım hüquqlarına malik olan İctimai Televiziya və Radio Yayımları şirkəti gələn il baş tutacaq müsabiqədə Azərbaycanın iştirak edəcəyini açıqlamışdı.
Bununla yanaşı bir neçə ölkə öncədən iştirak edib, etməməsi barədə açıqlamalar etsə də, yekun olaraq iştirakçı ölkələrin siyahısı Avropa Yayım Birliyi tərəfindən təqdim olunmalı idi. Beləliklə, müsabiqənin rəsmi saytının təqdim etdiyi məlumata görə iştirak edəcək ölkələr bu şəkildədir:
- Almaniya (ARD/NDR)
- Albaniya (RTSH)
- Avstraliya (SBS)
- Avstriya (ORF)
- Azərbaycan (Ictimai TV)
- Belçika (VRT)
- Birləşmiş Krallıq (BBC)
- Çexiya Respublikası (CT)
- Danimarka (DR)
- Estoniya (ERR)
- Ermənistan (AMPTV)
- Finlandiya (YLE)
- Fransa (FT)
- Gürcüstan (GPB)
- Xorvatiya (HRT)
- Yunanıstan (ERT)
- İslandiya (RUV)
- İrlandiya (RTE)
- İsrail (KAN)
- İtaliya (RAI)
- İspaniya (TVE)
- İsveç (SVT)
- İsveçrə (SRG SSR)
- Latviya (LTV)
- Litva (LRT)
- Malta (PBS)
- Moldova (TRM)
- Niderland (AVROTROS)
- Norveç (NRK)
- Polşa (TVP)
- Portuqaliya (RTP)
- Rumıniya (TVR)
- San Marino (RTV)
- Serbiya (RTS)
- Sloveniya (RTVSLO)
- Kipr (CyBC)
- Ukrayna (UA:PBC)