Estoniya Avroviziya 2023 üçün seçimlərə başlayır.
Estoniyanın milli finalı “Eesti Laul 2023″də iştirak edəcək iştirakçılar 1 və 2 noyabr tarixlərində açıqlanacaq. Ümumilikdə 20 iştirakçı olacaq.
Milli finalın ilkin seçimləri üçün 217 mahnı daxil olub. Daxil olan mahnılardan, 92-si eston, 125-i isə başqa dillərdədir.
Şounun baş prodüseri Toni Rahula daxil olan mahnılara əsaslanaraq deyib: “Bu olduqca həyəcanlı bir yarışma olacaq.
Nəzərinizə çatdıraq ki, ölkəni Avroviziyada ən son Stefan “Hope” mahnısı ilə təmsil etmiş və finalda 141 xal toplayaraq 13-cü sırada qərarlaşmışdır.