“MELODİFESTİVALEN 2023”-ÜN İLK İSİMLƏRİ BƏLLİ OLUB

Avroviziya milli final sezonunun ən böyük müsabiqələrindən biri olan “Melodifestivalen 2023”-də iştirak edəcək ilk isimlər bəlli olub.

Şəxslərin ismini İsveçin köklü qəzetlərindən olan Aftonbladet qəzeti yayımlayıb. Qeyd edək ki, bu qəzetin adını bizlər hər Avroviziya sezonunda ən azı bir dəfə görürük. Buna səbəb isə qəzetin əksəriyyət halda Melodifestivalenlə bağlı xəbərləri düzgün təxmin etməsidir.

Qəzetə görə aşağıdakı şəxslər “Melodifestivalen 2023”-də iştirak edəcək:

  • Nordman

Melodifestivalen izləyən hər kəsin yaxından tanıdığı Nordman qrupu qəzetə görə gələn il müsabiqədə iştirak edəcək.

Qrup 2 dəfə müsabiqədə iştirak etmişdir. Onlar “Ödet var min väg” adlı mahnıları ilə 2005-ci ildə, daha sonra isə “I lågornas sken” adlı mahnıları ilə 2007-ci ildə müsabiqədə iştirak etmişdilər.

Qrupun Jimmy Jansson ilə birlikdə yazmış olduqları gözəl bir mahnının olduğu deyilir.

YouTube player
  • Loulou Lamotte

Loulou Melodifestivalen 2020 qalibi “The Mamas” qrupunun bir üzvü kimi tanınır. Sənətçi gələn ilki müsabiqəyə qrup şəklində deyil də, özünün yazdığı bir mahnı ilə solo ifaçı şəklində qatılacaq.

YouTube player
  • Viktoriya Yohansson

İlk dəfə “Save Me” adlı mahnısı ilə Melodifestivalen 2016-ya qatılan və çıxışı ilə böyük səs gətirən Viktoriya Yohansson qəzetə görə gələn ilki müsabiqədə iştirakçı olacaq.

Müğənni 2016-dan sonra 2017-ci ildə yenidən “As I lay me down” adlı mahnısı ilə müsabiqəyə qatıldı və təkraradan finala yüksəlməyi bacardı. Son olaraq isə 2019-cu ildə “Not with me” adlı mahnısı ilə yenidən şansını sınayan Viktoriya finala yüksəlməyi bacarsada qalib ola bilmədi.

YouTube player

Qeyd edək ki, müğənnilərin tam siyahısı yayımçı kanal SVT tərəfindən noyabr və dekabr aylarında təqdim olunacaq. Melodifestivalen 2023 isə gələn ilin fevralın 4-dən, martın 11-dək keçiriləcək. Qalib şəxs isə ölkəni Avroviziya 2023-də təmsil edəcək.

Xatırladaq ki, müsabiqənin son qalibi İsveçin Avroviziya 2022 təmsilçisi olan Cornelia Jakobsdur. Müğənni Avroviziyada 438 xal toplayaraq 4-cü pillədə qərarlaşmışdı.

YouTube player

Leave a Reply