BBC AVROVİZİYA 2023 -ÜN YARADICI HEYƏTİNİ TƏQDİM EDİB

Birləşmiş Krallıq yayımçı kanalı BBC, Avroviziya 2023-ün yaradıcı heyətini ictimaiyyətə açıqlayıb.

BBC-nin qərarına görə Avroviziya 2023-də yaradıcı qrupun baş meneceri Martin Green olacaq.

Martin Green London 2012 Olimpiadasının açılış mərasimi başda olmaqla, iyirmidən artıq layihənin təşkilatçısı olub.

Avroviziya 2023-ün baş təmsilçisi isə Rachel Ashdown olacaq. O üç şounun (yarımfinallar və final) təşkilatçılığını edəcək olan BBC studiyaları ilə birlikdə çalışacaq və bütün məsuliyyəti öz üzərinə götürəcək. Bundan başqa püşkatma mərasimi və digər Avroviziya proqramlarının da baş təmsilçisi Rachel Ashdown olacaq.

Lee Smithurst isə Avroviziya 2023-ün şou başçısı olacaq. O üç şounun interval aktlarında və şoularında məsuliyyət daşıyacaq. Lee daha öncə Avroviziya 2021 və 2022-ci illərdə layihəçi qrupun tərkibində fəaliyyət göstərib.

Son olaraq isə James O’ Brien yaradıcı heyətin başçısı olaraq təyin olunub. James MTV Avropa musiqi mükafatlandırma gecəsi, London 2012 Olimpiyaları kimi layihələrdə yaxından iştirak edib.

1

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading