Almaniyanın Avroviziya 2020 təmsilçisi Ben Dolic rəsmi twitter hesabından Avroviziyaya qayıtmaq istəmədiyini bildirib:
“Avroviziya mahnı müsabiqəsində iştirak etmək hər zaman arzuladığım bir şey idi və 2020-ci ildə Almaniyanı “Violent Thing” adlı mahnımla təmsil etdiyim üçün inanılmaz dərəcədə xoşbəxtəm. Avroviziya pərəstişkarları mənə hər zaman dəstək olublar. Buna görə də sizlərə minnətdaram.
Mən bu müsabiqəyə hələki qayıtmağı düşünmürəm. Kariyeramı inkişaf etdirmək və yeni musiqilər yayımlamaq istəyirəm. Gələcəkdə Avroviziyaya mahnı göndərməyi və iştirak etməyi isə istisna etmirəm. Çünki, gələcəyin nələr gətirəcəyini indidən bilmək mümkün deyil”.
Xatırladaq ki, Ben Dolic Almaniyanı Avroviziya 2020-də “Violent Thing” adlı mahnısı ilə təmsil etmiş, lakin COVİD-19 pandemiyası səbəbi ilə müsabiqə ləğv edilmişdi. 2021-ci ildə isə ölkə Ben Dolic yerinə, yeni bir təmsilçi və mahnı ilə yoluna davam etmişdi.