MAMAGAMA KİMDİR? QRUP HAQQINDA BİLMƏLİ OLDUQLARINIZ

“Kënga Magjike” festivalında iştirak edən və ifası ilə izləyicilərimiz tərəfindən sevilən qrup Mamagama haqqında aldığımız ən çox suallardan biri “Mamagama qrupu kimdir?” sualıdır. Bu səbəbdən qrup haqqında aldığımız məlumatları bir araya topladıq:

Mamagama 2022-ci ildə yaradılmış musiqi qrupudur, lakin əslində onların tarixi daha erkən başlayır. 14 yaşından etibarən bir sıra yerli və beynəlxalq şou və festivallarda çıxış edən vokalist Səfael (Asəf Mişiyev) Bakıda doğulub, boya-başa çatıb. Safael Caz üzrə təhsil alıb, uşaqlar üçün vokal məşqçisidir, həmçinin, fərdi gitara dərsləri verir. RomaZee (Roman Zilianev) Rusiya əsilli, beynəlxalq səviyyədə tanınmış və mükafatlara layiq görülmüş violonçel ifaçısıdır və gənc yaşına baxmayaraq, o, artıq Çində musiqi akademiyasının vitse-prezidentidir. Roma musiqi kəşflərinə can atır, musiqi alətlərini çox tez öyrənmək qabiliyyətinə malikdir və qrupun ərsəyə gətirdiyi musiqilər üçün saatlarla vaxt sərf edir.

YouTube player

Onların ən böyük karyera arzusu bir-birinin ambisiyalarını dəstəkləmək və gənc artistlərə bütün dünyada öz tamaşaçılarını tapmağa kömək etmək üçün beynəlxalq artistlər icması yaratmaqdır. Həm Sefi, həm də Roma peşəkar musiqiçilərdir, lakin onların musiqi üslubu haqqında soruşsalar, onu etiketlərdən uzaq tutmağa üstünlük verirlər. Şüarları isə – “Çərçivə yoxdur”.

YouTube player

Qrupun yaranma hekayəsi də bir o qədər maraqlıdır.

Mamagamanın iki gələcək qrupunun üzvləri Roman Zee və Klim, təxminən yeddi ildir mövcud olan əvvəlki qrupu dağılmaq üzrə olduğu üçün çətin bir həyat mərhələsindən keçirdilər. Əsas məsələ o idi ki, mükəmməl solist tapa bilmirdilər.

Onları uzun müddətdi ki, solist axtarırdılar, buna görə də Roman Zee məşhur televiziya şousunun (Safael “The Voice Russia”da iştirak etmişdir.) iştirakçılarını dinləməli oldu, burada yüzə yaxın iştirakçını dinlədikdən sonra gələcək solist Safael onu tamamilə məftun etdi.

Qrup rəhbəri öz seçiminə arxayın olsa da, axtarışı davam etdirmək qərarına gəliblər. Eyni anda, gələcək solist Safael isə öz işindədir və onun 300-dən çox yazılmış mahnısı var idi. O yaşda gücü və mənəvi dəstəyi olmadığı üçün bütün bu mahnıların ərsəyə gələ bilməyəcəyindən qorxurdu. Bir gecə Allahdan kömək istəməklə hər şey sona çatdı. Həmin gün Roman Zee əvvəlki seçimində israr etmək məcburiyyətində qaldı, çünki axtarışlar nəticə vermədi. Ertəsi gün isə Səfaelə zəng gəldi.

Qeyd edək ki, qrup 12xal Avroviziya bloqu üçün nə qədər maraqlıdırsa, bir o qədər də qrup Mamagamanın Avroviziyaya marağı olduğundan şüphəmiz yoxdur.

Qrup Mamagamanın Instagramda izlədiyi yeganə hesab.

Qrup artıq bir neçə ay ərzində 3 sinql təqdim edib. “My Medicine”, “Sleep” və “Dreamer”. Bununla yanaşı isə qrup Avroviziya 2011 qalibi Eldar Qasımov ilə birgə Harry Style’a məxsus “As It Was” mahnısına birgə kover də ərsəyə gətirib.

YouTube player

Mənbə: Spotify, Kengamagjike.com

3
1
1

Leave a Reply