Malta Avroviziya 2023 üçün seçimlərə başlayır.
Maltanın Avroviziya 2023 üçün seçimləri 17 oktyabrdan 31 oktyabr tarixinədək davam edəcək.Seçimlərə finaldan əlavə dörd, dörddə bir final (13,20,27 yanvar və 3 fevral tarixlərində) və yarımfinal (9 fevral tarixində) daxildir.Dörddə bir finalda 40 sənətçi iştirak edəcək. Onlardan 24-ü yarımfinalda iştirak etmək hüququ qazanacaqlar.Finalda isə (11 fevral tarixində) 16 iştirakçı ölkəni Avroviziya 2023-də təmsil etmək üçün mübarizə aparacaq. Nəticələr həm ictimaiyyət,həm də münsiflərin səsləri sayəsində məlum olacaq.
Nəzərinizə çatdıraq ki, müsabiqədə ölkəni ən son “Emma Muscat” “I Am What I Am” mahnısı ilə təmsil etmiş və yarımfinalda 47 xal toplayaraq 17-ci sırada qərarlaşdığı üçün finala vəsiqə qazana bilməmişdir.