Kiprin Avroviziya 2023 təmsilçisi bəlli oldu.
Ölkəni Avroviziya 2023-də Andrew Lambrou təmsil edəcək. Bəs, Andrew Lambrou kimdir?
Andrew Lambrou 25 may 1998-ci ildə yunan-kipr əsilli ailədə anadan olmuşdur. O, AMS Musiqi məktəbində fortepianoda ifanı öyrənib. 5 yaşında olarkən məktəb tərəfindən keçirilən “The Sound of Music” yarışmasında “Do-Re-Mi” mahnısını oxuyaraq qalib olmuşdur. O, 2013-cü ildə təqdim etdiyi “My Immortal” mahnısı ilə xeyli izləyicinin diqqətini cəlb etmişdir. 2015-ci ildə “The X Factor Australia”da iştirak edib.İlk debüt sinqlı “Throne”u 2021-ci ildə təqdim etmişdir.
Həmçinin, 2022-ci ildə Lambrou Avstraliyanın Avroviziya seçimləri üçün təşkil olunan milli finalı “Australia Decides”da “Electrify” mahnısı ilə mübarizə aparmış və 7-ci sırada qərarlaşmışdır.