SLOVENİYA DA AVROVİZİYADAN GERİ ÇƏKİLMƏK NİYYƏTİNDƏDİR?

Son günlər üç balkan ölkəsinin (Bolqarıstan, Monteneqro, Şimali Makedoniya) Avroviziya 2023-dən geri çəkilməsinin ardından, gözlər Sloveniya dövlət kanalı RTVS-yə çevrilib.

Belə ki, yayımçı kanal təxminən bir ay öncə müsabiqədən geri çəkilmək istədiklərini, lakin son anda fikir dəyişikliyinə getdiyini açıqlayıb. Kanal hələ ki, qəribə bir şəkildə ənənəvi milli finalları olan “EMA 2023” haqqında məlumat verməyib.

Bunun üzərinə isə dünən Sloveniya dövlət kanalı RTVS-nin baş məsləhətçisi Sašo Hribar, ölkənin müsabiqədən çəkilməsini və illər boyunca qatılmamasını söyləyib:

“Son illərdə finala qala bilmədiksə, özümüzə sual verməliyik, müğənnilərimizdə ya bəstəkarlarımızda bir problem var? Biri bu biyabırçılığın qarşısını almalıdır”.

Qeyd edək ki, ölkə son dəfə 2019-cu ildə finala qala bilmişdi.

Ölkəni isə ötən müsabiqədə LPS qrupu “Disko” adlı mahnısı ilə təmsil etmiş və yekunda 40-cı olaraq müsabiqəni tamamlamışdılar.

YouTube player

Leave a Reply