VLADANADAN AVROVİZİYA AÇIQLAMASI

Monteneqronun Avroviziya 2022 təmsilçisi Vladana, ölkəsinin Avroviziya 2023-də iştirakdan imtinası ilə bağlı danışıb. O bunları deyib:

“Gələn ilki müsabiqədən imtina səbəbləri əlbəttə ki, maddiyyatla bağlıdır, ancaq əminəm ki, bildiyimizdən də daha çox səbəblər vardır. Üstəlik, hal-hazırda bütün dünyanın da içərisində olduğu bu qeyri-müəyyən zamanda,bəzi musiqi yarışmalarının kiməsə maraqlı gələcəyini düşünmürəm. Mədəniyyət və musiqi yaşamağa davam etməlidir və yaşamalıdır, lakin bu çətin zamanlarda pul qazanmaq üçün göstərilən bahalı şoular isə tezliklə bitməlidir.”

Nəzərinizə çatdıraq ki, Vladana Avroviziya 2022-də Monteneqronu “Breathe” adlı mahnı ilə təmsil etmiş, ikinci yarımfinalda 33 xal toplayaraq 17-ci sırada qərarlaşdığı üçün finala vəsiqə qazana bilməmişdir.

YouTube player

Leave a Reply