ŞİMALİ MAKEDONİYA AVROVİZİYA 2023-DƏ İŞTİRAK ETMƏYƏCƏK

Şimali Makedoniya yayımçı kanalı MRT, Liverpulda keçiriləcək Avroviziya 2023-də iştirak etməyəcəklərini açıqlayıb.

MRT ölkənin müsabiqədən geri çəkilməsinə səbəb kimi maliyyə problemlərini göstərib:

“Ev sahibi ölkə bahalıdır. Enerji bahalıdır. Hər şey bahalıdır. Nə qədər düşünsək də bir çıxış yolu tapa bilmədik. Günün sonunda sadəcə bir neçə günlük yarışmaya pul yatırmaqdansa, bir neçə ayımızı normal keçirə biləcəyimiz lokal layihələr hazırlamaq qərarına gəldik.

MRT Avroviziya 2023-ün iki yarımfinalını və finalını yayımlayacaq. Ümid edirik ki, bu problem gələn il aradan qalxacaq və biz 2024-də müsabiqəyə qayıda biləcəyik.”

Qeyd edək ki, ölkə tarixində ilk dəfədir ki, Avroviziyada iştirakdan imtina edir.

Xatırladaq ki, ölkəni ötən müsabiqədə Andrea “Circles” adlı mahnısı ilə təmsil etmiş və yarımfinalda 11-ci olaraq finala keçə bilməmişdi.

YouTube player

Leave a Reply