EUROSONG 2023-ÜN TƏFƏRRÜATLARI AÇIQLANDI

Belçika yayımçı kanalı “Eurosong 2023”-ün təfərrüatlarını açıqlayıb.

Belə ki, milli finalda ümumillikdə 7 müğənni yarışacaq. Hər bir müğənni isə 2 mahnı ifa edəcək və 14 mahnı müsabiqədə səsləndiriləcək. Mahnıların hansı formada təqdim ediləcəyi hələki bəlli deyil.

Finalda xalq səsverməsi ilə seçilən 7 mahnı 7 iştirakçı tərəfindən səsləndiriləcək. Daha sonra isə qalib müəyyən ediləcək.

Eurosong 2023-ün gələn ilin fevral ayının ortalarında keçirilməsi nəzərədə tutulur. İştirakçıların siyahısı təqdim olunmasa da, kanaldan verilən məlumata görə siyahı artıq tamamlanmaq üzərədir.

Xatırladaq ki, ölkəni ötən müsabiqədə Jérémie Makiese “Miss You” adlı mahnısı ilə təmsil etmiş və nəticədə 64 xal toplayaraq 19-cu olmuşdu.

YouTube player

Leave a Reply