Bugünədək 34 ölkə öz iştirakını Avroviziya 2023 mahnı müsabiqəsində təsdiq etsə də, ötən il qatılmış amma bu il iştirakı sual altında olan 6 ölkə (Bolqarıstan, Ermənistan, Çexiya, Monteneqro, Moldova və Şimali Makedoniya) var.
Eurovisionfun saytının verdiyi məlumata görə isə Liverpulda baş tutacaq 67-ci Avroviziya mahnı müsabiqəsində Bolqarıstan və Monteneqro iştirak etməyəcək.
Monteneqronun iştirakdan imtina səbəbi kimi maliyyə problemləri olduğu söylənilir. Hansıki, bundan öncə 2010, 2011, 2020 və 2021-ci illərdə də eyni səbəb ilə ölkə müsabiqədən imtina etmişdir.
Bolqarıstanın imtina səbəbi isə maliyyə problemləri və ölkədə baş verən siyasi qeyri-müəyyən halların yaşanması kimi göstərilir. Eyni hal 2014 və 2015-ci illərdə də Bolqarıstanda yaşanmış və ölkə müsabiqədə iştirak etməmişdir.
Bununla yanaşı keçdiyimiz günlərdə Bolqarıstan yayımçı kanalının rəsmi Twitter hesabında ünvanlanan iştirak ilə bağlı suala:
“Diqqətlə nəzərdən keçirildikdən sonra bu layihəni davam etdirməmək və yerli auditoriya üçün daha çox maraq doğuran məhsullara üstünlük vermək qərara alınıb.” – deyə cavab verib.