Litvanın milli seçim turu Pabandom İš Naujo 2023 üçün mahnı qəbulu bugün başladı.
Mahnı qəbulu prosesi 12 dekabra qədər davam edəcək. Ötən illərdən fərqli olaraq cəmi 5 mərhələ olacaq : 2 dörddə bir final, 2 yarımfinal və final. İlk dörddə bir final Yanvar ayının əvvəlində baş tutacaq.
Nəzərinizə çatdıraq ki, ölkəni Avroviziyada ən son Pabandom İš Naujo milli finalı vasitəsilə seçilən Monika Liu “Sentimentai” mahnısı ilə təmsil etmişdir. O, final mərhələsində 128 xal toplayaraq 14-cü sırada qərarlaşmışdır.