Məşhur alman elektronik-metal qrupu Electric Callboy Almaniyanın Avroviziya 2023 mahnı müsabiqəsində təmsilçisini və mahnısını seçəcəyi milli seçim turunda iştirak etməyəcəyini elan edib.
İştirakı keçən il böyük səs gətirən qrup üzvlərinin verdiyi son müsahibələrdə yayımçı kanaldan narazı qaldıqlarını bildiriblər.
Qrupun ötən il milli finalda iştirak etmək üçün təqdim etdikləri mahnı yayımçı kanal tərəfindən seçilməyib. Bundan sonra qrupun fanatları buna etiraz edərək mənfi şərhlər yazmış, mahnıya ikinci şans verilməsi üçün petisiyalar yaradılmışdır.
Lakin yayımçı kanal şərhləri silmiş və qrupa petisiyaları silmək üçün fanatlarından xahiş etmələrini bildirmişdir. Bu səbəbdən qrup bu il seçim turunda iştirak etmək üçün müraciət etmədiklərini açıqlayıb.
Xatırladaq ki, qrup keçən il seçim turunda “Pump it” adlı mahnı ilə iştirak etmək istəyirdi.