ESC Kompakt saytının verdiyi məlumata görə Almaniya Liverpulda keçiriləcək sayca 67-ci Avroviziya mahnı müsabiqəsi üçün milli final keçirəcək.
Milli finalın gələn ilin fevral ayında keçirilməsi planlaşdırılır və minimum 8, maksimum isə 12 mahnı iştirak edəcək. Milli final ARD telekanalında prime time zamanı yayımlanacaq.
Xatırladaq ki, ölkəni ötən müsabiqədə Malik Harris “Rockstars” adlı mahnısı ilə təmsil etmiş və nəticədə 6 xal toplayaraq finalda sonuncu yerdə qərarlaşmışdı.