Bildiyiniz kimi Avroviziya 2023 mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhər bəlli oldu.
9,11 və 13 May tarixlərində baş tutacaq 67-ci Avroviziya mahnı müsabiqəsinin Birləşmiş Krallığın Liverpul şəhərində həyata keçəcəyi açıqlanıb.
Bəs müsabiqə hansı arenada baş tutacaq?
İlk dəfə Liverpulda baş tutacaq Avroviziya mahnı müsabiqəsinə “Liverpool Arena” yaxud “M&S Bank Arena” kimi tanınan 11.000 tamaşaçı tutumuna malik arena ev sahibliyi edəcək.
Arena haqqında 10 bilməli olduğunuz faktı bir araya topladıq:
1. Öncədən (2008-2019) “Echo Arena”, daha sonradan sponsorluq ilə bağlı olaraq “M&S Bank Arena” kimi bilinən arenanın əsl adı “Liverpool Arena”dır.
2. 7513 ilə 10.600 arası əyləşmək üçün yeri olan arenanın ayaqüstü zona ilə birlikdə ümumi tamaşaçı tutumu 11.000-dir.
3. 2005-ci ildə təməli qoyulan arenanın açılışı 2008-ci ilin 12 yanvarında olmuşdur.
4. Tikintisi üçün 164 milyon £ (309 milyon ₼) xərclənmişdir.
5. Arenanın memarı WilkinsonEyre-dir.
6. Arenada bugünədək 3700-dən çox tədbir baş tutub, 7 milyondan çox tamaşaçını isə cəlb edib. Bununlada arena Liverpul şəhərinə 1.6 milyard funt sterlinq iqtisadi fayda verib.
7. Arenada altı soyunub-geyinmə otağı, beş komandanın paltardəyişmə otağı və iki promouter ofisi var.
8. 38 tona qədər çəkisi olan avtomobillər arenanın zirzəmisinə daxil ola bilər.
9. 31 dekabr 2017-ci il axşam saatlarında arenaya yaxın çoxmərtəbəli avtomobil dayanacağında yanğın baş verir və nəticədə arenada keçirilən Liverpul beynəlxalq at şousu ləğv edilməli olur. Təxminən 80 at avtomobil dayanacağının birinci mərtəbəsində tikilmiş müvəqqəti tövlədən təhlükəsiz şəkildə evakuasiya edilib, arenanaya və binanın ətrafındakı bağda saxlanılıb. Yanğın 2018-ci il yanvarın 1-i səhər saatlarınadək davam edib. Oradakı 1400 avtomobilin demək olar ki, hamısı məhv olub, lakin insanlara və ya atlara ciddi ziyan dəymədiyi bildirilib.
10. 5 aprel 2018-ci ildə sözügedən arenada Mizraq Premyer Liqa tədbirinə qatılan dart üzrə əfsanəvi Erik Bristou infarkt keçirərək məkanın qarşısında yıxılaraq ölüb.