İSPANİYA UŞAQ AVROVİZİYA 2022 TƏMSİLÇİSİNİ SEÇDİ

Dünən axşam ispan kanalı La 1-də baş tutan MasterChef Celebrity-də ölkənin Uşaq Avroviziya 2022 təmsilçisi açıqlandı.

İspaniyanı 20-ci Uşaq Avroviziya mahnı müsabiqəsində Carlos Higes təmsil edəcək.

Carlos 11 yaşlı gənc müğənnidir. O, “Idol Kids” və “La Voz Kids” kimi bir neçə televiziya yarışmasında iştirak edib.

Carlosun oxuyacağı mahnını yayımçı kanal RTVE 247 mahnının arasından seçəcək.

Xatırladaq ki, ötən müsabiqədə ölkəni Levi Diaz “Reir” adlı mahnısı ilə təmsil etmiş və nəticədə 77 xal toplayaraq 15-ci yerdə qərarlaşmışdı.

YouTube player

Leave a Reply