Avroviziya mahnı müsabiqəsinin ölkəmizdəki rəsmi 2 fan klubundan biri olan “INFE Azerbaijan” bu il üçün baş tutacaq “INFEVision Video Contest” yarışmasında təmsil edəcək şəxsin adını açıqlayıb.
Müxtəlif ölkələrdən olan “INFE” klublarının seçdiyi təmsilçilər onlayn şəkildə mübarizəyə qoşulur ki, bu il baş tutacaq yarışmada Azərbaycanı Xalq Artisti Röya təmsil edəcək.
Bu haqda məlumatı fan klub öz vebsaytından təqdim edib:
5 günlük onlayn səsvermə marafonunda bütün səslər hesablandı və biz “INFEVision Video Contest 2022” təmsilçisimizi təqdim etməyə hazırıq.
5 ifaçının – Murad Arif, Bahar, SAHRA, Röya və Mila Mile mübarizə apardığı seçimdə toplam səslərin 88.4%-i toplayan Röya fan-klubumuzu “Dəli Kimi” adlı mahnıya çəkilmiş video klip ilə INFE Rumıniyanın ev sahibliyi edəcəyi müsabiqədə təmsil edəcək.
