SƏS AZƏRBAYCAN DOĞMA NƏĞMƏLƏRİN MÜNSİFLƏRİ BƏLLİ OLDU

İctimai Televiziya və Radio yayımları şirkətinin bu mövsüm üçün yayımlayacağı “Səs Azərbaycan Doğma Nəğmələr” müsabiqəsinin münsifləri bəlli olub.

Olay.az-ın məlumatına görə yeni mövsümdə münsif kürsüsündə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) və müğənni İlqar Xəyal əyləşəcək.

Xatırladaq ki, ötən mövsümün qalibi ölkəmizin Avroviziya 2022 təmsilçisi Nadir Rüstəmli olmuşdu.

Leave a Reply