İctimai TV və Radionun yeni mövsümdə planları açıqlanıb.
İctimai Televiziya yeni mövsümə start verir. Bu mövsümdə də biri-birindən fərqli layihələrlə sizləri ekran başına toplayacaq olan kanal musiqi və səs layihələrini də unutmayıb.
“12xal”ın əldə etdiyi məlumata görə beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcək”.

Əyləncəli-musiqi proqramı olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyda isə “Şou MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq.
Qeyd edək ki, sözü gedən layihələrdən olan “Səs Azərbaycan”ın ötən mövsümündə qalib gələn Nadir Rüstəmli Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ əldə etmişdi.
Mənbə: İTRYŞ-nin Mətbuat Xidməti