POLŞA UŞAQ AVROVİZİYA 2022 TƏMSİLÇİSİNİ BU GÜN SEÇƏCƏK

Uşaq Avroviziyanın son illərdə ən güclü ölkələrindən birinə çevrilən Polşa üçün bu gün seçim vaxtıdır. Yayımçı kanal TVP bu gün Uşaq Avroviziya 2022 üçün təmsilçisini və mahnısını seçəcək.

Polşanı müsabiqədə təmsil etmək üçün mübarizə aparacaq 4 iştirakçı aşağıdakılardır:

  • Natalia Smore;
  • Laura Baczkiewicz;
  • Alexander Maląg;
  • İda Varqskoq;
YouTube player

“Szansa na Sukces: Eurowizja Junior 2022″nin finalı iki hissədən ibarət olacaq.

Birinci hissədə dörd müğənni yarımfinallar zamanı səsləndirdikləri və onları finala aparan mahnıları ifa edəcək, səsvermə açılacaq. Səsvermənin nəticəsində iki müğənni Super Finala vəsiqə qazanacaq.

Super Finalda hər iki müğənni Uşaq Avroviziya mahnı müsabiqəsi üçün xüsusi olaraq yazılmış bir mahnını ifa edəcək. Sonda səsvermə yenidən açılacaq və qalib telesəsvermə və münsiflər heyətinin səsverməsi ilə seçiləcək. 

Qeyd edək ki, Polşanı ötən müsabiqədə Sara James “Somebody” adlı mahnısı ilə təmsil etmiş və finalda ikinci yerdə qərarlaşmışdı.

YouTube player

Leave a Reply