NOA KİREL: KANAL MƏNƏ DÜNYANIN ƏN YAXŞI BƏSTƏKARLARINI TƏKLİF ETDİ

İsrailin Avroviziya 2023 təmsilçisi Noa Kirel jurnalistlərə müsahibə verib.

Noa müsahibəsində mahnısı ilə bağlı maraqlı məqamlara toxunub:

“Kanalım mənə dünyanın ən güclü bəstəkarlarını təklif etdi. Lakin, mən israilli bəstəkarlar və komanda ilə çalışmağın daha doğru olduğunu düşünürəm. Çünki əgər mən ölkəmi təmsil edirəmsə, hər şey yerli olmalıdır. Təbii ki, məşhur söz yazarlarının fikirlərini alacam, çünki mənə güvənirlər.

YouTube player

Bundan əlavə kanal mənə tam sərbəstlik verib. 900 min dollar kimi böyük bir büdcəm də var. Bu pulun üçdə ikisi komandam tərəfindən, qalanı isə kanal tərəfindən qarşılanıb. Müsabiqənin maliyyə tərəfi mənə heç vaxt maraqlı olmayıb. Ola bilsin ki, mən çox gəncəm və bunlar hələki məni maraqlandırmır.

Mənim tək istəyim müsabiqədə ölkəmə ən yaxşı dərəcələrindən birini daha qazandırmaqdır. Əlavə pula ehtiyacımın olub – olmayacağını isə zaman göstərəcək. Lazım olarsa yenidən bu pulu verməyə hazıram.

Mahnıda israil elementləri əlbəttə ki, olacaq. Mən mütəmadi olaraq Avroviziya 2018 birincisi Netta ilə də əlaqədə oluram və məsləhətlər alıram. Tək istəyim ölkəmə yenidən qalibiyyəti qazandırmaqdır.”

Qeyd edək ki, Noa Kirel İsraildə çox populyar bir müğənnidir. O, 2017-ci ildən bəri bir neçə dəfə MTV mükafatlandırma gecəsində ən yaxşı İsraili sənətçi mükafatını alıb.

YouTube player
1

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading