Son günlərdə Bolqarıstanın Uşaq Avroviziya mahnı müsabiqəsini tərk etməsi ilə bağlı gəzən şayiələrə ölkənin Avroviziya üçün rəsmi Twitter səhifəsi cavab verib.
Bolqarıstan Uşaq Avroviziya mahnı müsabiqəsinə uzun fasilədən sonra qayıtsa da, bir neçə gün idir ki, ölkənin müsabiqədən çəkilməsi ilə bağlı şayiələr gəzirdi.
Bu gün ölkənin rəsmi Avroviziya səhifəsi bu şayiələri doğruluyub. “Junior Eurovision News!” adlı bir səhifənin Uşaq Avroviziya 2022 mahnı müsabiqəsində iştirakı ilə bağlı sualına “Bolqarıstan müsabiqədə iştirak etmir” cavabını verib.