Sabah Niderland ölkənin Uşaq Avroviziya 2022 mahnı müsabiqəsində təmsilçisini və mahnısını seçəcək.
Yayımçı kanal AVROTROS təmsilçini və mahnını “Junior Songfestival” adlı milli finalı vasitəsilə seçəcək. Ölkəni təmsil etmək üçün 4 namizədin mübarizə aparacağı seçim turunun iştirakçılarının 3-ü qrup, 1-i isə solo ifaçıdır:
- High5 (Danny, Kaey, Luuk, Thijs and Thomas) – “Because I Know”
- MixedUp (Joep, Lois, Noor and Sam) – “It Doesn’t Matter”
- Infinity (Eva, Kayleigh, Larissa and Lemay) – “Never Ever”
- Luna – “La festa” (The party)
“Junior Songfestival 2022″də səsvermə hər il olduğu kimi 3 hissədən ibarət olacaq: Uşaq münsifləri, böyük münsiflər və tamaşaçı səsverməsi. Münsiflər arasında Chantal Janzen (Avroviziya 2021 aparıcısı), Priscilla (Junior Songfestival 2021 iştirakçısı), Shine (Junior Songfestival 2021 iştirakçısı) və Ayana (Niderland Uşaq Avroviziya 2021) də var.