BİRLƏŞMİŞ KRALLIĞIN KRAL AİLƏSİ AVROVİZİYA FANATIDIR

Birləşmiş Krallığın kral ailəsi indiyə kimi Avroviziya müsabiqəsində görünməsə də, müsabiqə ilə əlaqəli bir neçə dəfə gündəmə gəliblər.

Bir neçə ay əvvəl mərhum kraliçanın 70 illik “Platin yubiley“ində çıxış etmiş ölkənin Avroviziya 2022 təmsilçisi Sam Ryder hazırki Uels şəhzadəsi Kate ilə bağlı danışıb:

“O, çox mehribandır və Avroviziyada iştirak etdiyim müddət ərzində həmişə mənə dəstək olub”

Sam şəhzadə Beatrice-lə bağlı danışarkən isə, Beatrice-in dediklərindən kral ailəsinin Avroviziya izlədiyini və ona dəstək olduqlarını anladığını bildirib.

Avroviziya izlədiyinə daha çox əmin olduğumuzun digər kral ailəsi üzvü kral III Charles-dir. O, 2021-ci ildə qatıldığı bir verilişdə ən sevdiyi 13 mahnını açıqlayıb. Həmin 13 mahnının içərisində Avroviziya 1995 mahnı müsabiqəsinin qalibi “The Voice” də var idi.

YouTube player

Kral ailəsi indiyədək Avroziyada görünməsə də, İsveçi 1998-ci ildə təmsil edən “Kärleken är” mahnısının sözləri mərhum şəhzadə Diana-ya həsr edilib.

Bütün bunları nəzərə alsaq, ağıllarda bir sual yaranır: “Görəsən Birləşmiş Krallığın ev sahibliyi edəcəyi Avroviziya 2023-də kral ailəsini görəcəyik?”

1

Leave a Reply