Latviya yayımçı kanalı LTV, Avroviziya 2023 üçün təmsilçisini və mahnısını yenidən “Supernova” adlı milli finalın köməyi ilə seçəcək.
Milli final üçün mahnı qəbulu sabah başlayacaq və 1 yanvar tarixinədək davam edəcək. Milli finalın fevral ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəni Avroviziya 2022-də Citi Zēni qrupu “Eat Your Salad” adlı mahnısı ilə təmsil etmiş, ancaq finala yüksələ bilməmişdi.