Rusiyanı Avroviziya 2021 mahnı müsabiqəsində təmsil edən Manizha son günlərdə bir neçə ölkə ərazisində baş verən müharibə şəraitindən söz açıb.
Təmsilçi konsert proqramları ilə müxtəlif ölkələrdə planlaşdırmış olduğu turlarını ləğv edib və həmin ölkələrdə qısa zamanda sülh olmasını istəyib.
Bu haqda o, öz Instagram səhifəsində paylaşım edib:
“Bir həftə yarım əvvəl “Əvəzsiz tur”umu İrəvandakı çıxışımla başladım. Konsert sonunda etdiyim tək şey gülmək idi. Unuda bilməyəcəyim bir gecə idi. Hətta konsert zamanı bir cütlüyü də evləndirdik. Gecədən anladığım “Sevgi nə olursa olsun qalib gələcək” idi.
Lakin Tiblisidəki növbəti konsertim üçün Gürcüstana daxil olarkən Ermənistan Azərbaycan sərhəddində müharibə başladı. Günlər sonra Qırğızıstan və Tacikistan sərhəddində də eyni hal yaşandı. Və yenə də insanlar öldü, evlər dağıldı. Bilirəm ki, baş verən trajediləri anlamağımız çətindir.
Amma istəyirəm ki, hər insana sırf milliyyətinə görə nifrət bəsləməyək. Müharibə alovunu yandırmaq asandır. Konsertlərini ləğv etmeye hazır idim. Çünki respublikalar üçün belə hüznlü məqamda konsertləri keçirməyə heç bir mənəvi haqqım yox idi. Amma şad oldum ki, indi vəziyyət bir az daha düzəlməyə başlayıb və həll yolları diplomatik yollar ilə tapılır. Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin sədrləri sülh protokolu imzalayıblar. Hələlik Ermənistanla Azərbaycan sərhədində sakitlikdir. Mən isə xalq üçün oxumağa davam edəcəyəm. Həqiqətən ümid edirəm ki, hər birimiz üçün tezliklə daha yaxşı, dinc günlər gələcək. Qəlbim qurbanlar və onların ailələri ilədir.
P.S: Bu fotolar kliplərimdən olan kadrlardır. Birincisi Tacikistanda, ikincisi isə Qırğızıstanda çəkilib. Mən hər iki ölkəni çox sevirəm və bütün bu çoxsaylı müharibələrin nəhayət sülhlə başa çatacağına ümid edirəm.