Son günlər Şimali Makedoniyanın Avroviziya 2023-də iştirakı ilə bağlı mübahisəli məsələlər ortaya çıxıb.
Deyilənə görə, Şimali Makedoniya höküməti Avroviziya 2023-ə vəsait ayırmayıb. Əgər yaxın zamanda hökümət müsabiqəyə vəsait ayırmasa Şimali Makedoniya Avroviziya 2023-dən imtina edəcək.
Hal-hazırda rəsmi məlumat olmasa da, yaxın günlərdə məsələ ilə bağlı rəsmi açıqlama verilməsi gözlənilir.
Qeyd edək ki, ölkəni Avroviziya 2022-də Andrea “Circles” adlı mahnısı ilə təmsil etmiş və yarımfinalda 11-ci olaraq finala vəsiqə qazana bilməmişdi.