XORVATİYA AVROVİZİYADA İŞTİRAKINI TƏSDİQLƏDİ

Xorvatiyanın milli yayım kanalı HRT Avroviziya 2023 Mahnı Müsabiqəsində iştirakını təsdiqləyib.

Kanal həmçinin bildirib ki, təmsilçini seçmək üçün “Dora 2023” milli finalından istifadə olunacaq. Müsabiqə üçün mahnı təqdimetmə prosesi bu gün başlayıb və noyabrın 20-dək davam edəcək. Seçim qaydalarından bəziləri aşağıdakılardır:

1.Mahnılar heç bir şəkildə yayımlanmamalı və ya açıq şəkildə ifa edilməməlidir.

2.Əgər bəstəkar və söz müəllifi eyni şəxs deyilsə, söz müəllifi sözlərindən istifadə etmək üçün icazə verməlidir.

3.Ərizə təqdim edildikdə ifaçıların ən azı 16 yaşı olmalıdır. 18 yaşdan kiçik ifaçılar iştirak etmək üçün qanuni nümayəndələrindən yazılı bəyanat təqdim etməlidirlər.

4.İfaçılar Xorvatiya vətəndaşı olmalıdırlar.

5.Mahnılar 3 dəqiqədən çox olmamalıdır.

6.Müraciətlər HRT veb-saytı vasitəsilə təqdim edilməlidir.

7.Mahnılar xorvat və ya hər hansı digər Avropa dilində ifa edilə bilər.

Peşəkar münsiflər heyəti müraciətləri qiymətləndirəcək və canlı final üçün 12-28 mahnı seçəcək. Mahnının hər hansı səbəbdən yarışa bilməməsi halında ümumilikdə dörd ehtiyat mahnı da seçiləcək.

“Dora 2023” finalı 2023-cü ilin fevralında Opatija şəhərində keçiriləcək.

Nəzərinizə çatdıraq ki, Xorvatiya müsabiqədə 27 dəfə iştirak etmişdir. Ölkəni ən son Mia Dimśič “Guilty Pleasure” mahnısı ilə təmsil etmiş və yarımfinalda 11-ci sırada qərarlaşdığı üçün finala vəsiqə qazana bilməmişdir.

YouTube player

Leave a Reply