POLŞA AVROVİZİYA 2023 TƏMSİLÇİSİNİ MİLLİ FİNAL VASİTƏSİLƏ SEÇƏCƏK

Polşa yayımçı kanalı TVP, Avroviziya 2023 təmsilçisini və mahnısını “Krajowe Eliminacje” adlı milli finalın köməyi ilə seçəcək.

Mahnı qəbulu bu gündən etibarən başlayıb, 15 yanvara qədər davam edəcək. 25 yanvar tarixində də finalistlər açıqlanacaq.

26 fevral tarixində isə final baş tutacaq və ölkənin Avroviziya 2023 təmsilçisi bəlli olacaq.

Qalib 50% münsif səs verməsi, 50% xalq səs verməsi ilə təyin olunacaq.

Qeyd edək ki, Polşanı Avroviziya 2022-də Kristian Ochman “River” adlı mahnısı ilə təmsil etmiş və nəticədə finalda 12-ci yerdə qərarlaşmışdı.

YouTube player

Leave a Reply