ALMANİYA VƏ BİRLƏŞMİŞ KRALLIQ OGAE MAHNI MÜSABİQƏSİNİ TƏRK ETDİ

Daha iki ölkə qalmaqallı OGAE mahnı müsabiqəsini tərk edib.

Dünən Rusiyanın müsabiqənin qaydalarına uyğun gəlməməsini əsas göstərərək Almaniya müsabiqəni tərk etdi. Səsvermədə qrupun 1247 üzvündən cəmi 136-ı iştirak etmiş və 56.62 faizi müsabiqədən çəkilməyə səs verib.

Almaniyanın ardıyca isə OGAE Birləşmiş Krallıq müsabiqədən çəkildiyini elan edib. Almaniya kimi Birləşmiş Krallıq da səsvermə keçirmiş və 72.34 faiz səslə müsabiqəni tərk etmək qərarı alınıb.

Xatırladaq ki, bir həftə əvvəl OGAE Ukrayna müsabiqədə Rusiyanı təmsil edən Leonid Agustin və Vladimir Presnjakov-un müharibəni dəstəklədikləri səbəbindən OGAE mahnı müsabiqəsini tərk etmişdi.

YouTube player

Leave a Reply