Yayımçı kanal SVT tərəfindən son 10 ilin ən yüksək müraciət sayı qeydə alınıb.
Bu gün Melodifestivalen 2023″ üçün mahnı qəbulu rəsmi olaraq yekunlaşdı. SVT-in verdiyi məlumata, əsasən, seçim turuna həm ölkə daxilindən, həm də xaricindən böyük maraq olub. 2824 mahnı qəbul olunmuşdur ki, bu son 10 ilin ən yüksək müraciət sayıdır.
Göndərilən mahnılar içərisindən 14 mahnı seçiləcək, qalan 14 mahnı isə, yayımçı kanal tərəfindən bu payız ərzində seçiləcəkdir. “Melodifestivalen”-in prodüseri Karin Gunnarson mahnıların seçimi prosesinin artıq başladığını elan edib.
“Melodifestivalen”-ə olan marağın bu qədər atmasının ən böyük səbəbi Cornelia Jacobs-un bu il əldə etdiyi uğurdur. O, Avroviziya mahnı müsabiqəsində 4-cü yeri tutmaqla yanaşı, ölkənin ən məşhur mükafat gecəsi olan “Rockbjörnen”-də “İlin Nailliyyəti” mükafatını əldə edib. Cornelia bununla yanaşı, ölkəsini təmsil etdiyi “Hold me closer” mahnısı ilə “İlin Mahnısı” mükafatını da qazanıb.